Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər    

Tarixən vətəni olmayan ermənilər Azərbaycan ərazisində məskunlaşdırıldıqdan sonra yerli azərbaycanlıları sıxışdıraraq öz dədə-baba torpaqlarından çıxartmağa başlayıblar...

Azərbaycan torpaqlarının bir hissəsində özlərinə Ermənistan Respublikası yaradan ermənilər sonralar daha böyük, mifik arzularla yaşayıblar - “Böyük Ermənistan” yaratmaq xəyalına düşüblər. Bu xəyallarını gerçəkləşdirmək üçün yerli azərbaycanlılara qarşı soyqırımlar törətmişlər. Torpaqlarımızda yaratdıqları Ermənistandan soydaşlarımıza işgəncə verərək deportasiya etmişlər. Uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi şəkildə qətlə yetirmişlər. Onlar azərbaycanlılarla birgə minlərlə ləzgi, talış, avar, rus, yəhudi və digər millətdən olan insanları diri-diri yandırmış və qılıncdan keçirərək qətlə yetirmişlər. Kütləvi qətllər törətdikləri yerlərdə Azərbaycana məxsus memarlıq incilərini, mədəni abidələri, məktəb, xəstəxana, məscidləri dagıtmışlar.

1918-ci il 30 mart - 3 aprel tarixlərində Bakı Sovetinin 6 min silahlı əsgəri və “Daşnaqsütun” partiyasının 4 minlik erməni silahlı dəstələri Bakı şəhərində qəflətən məhəllələrə girərək qanlı qırğınlar törətmişlər.  Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə də 30 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan və digər bölgərdə də qətllər, talanlar edərək kütləvi qırğınlar törətmiş, 10 minlərlə azərbaycanlını isə öz doğma yurd-yuvasından deportasiya etmişlər.

Quba qırğınları zamanı şəhərdə öldürülənlərin sayı 2900-dək, Quba qəzası üzrə isə ümumilikdə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırım nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Qubada tapılan əzilmiş, deşilmiş, kəsilmiş kəllə sümüklərindən aşkar olur ki, onların başlarına mismar vuraraq işgəncə verilmiş, küt alətlə və balta ilə öldürülmüş sonra isə qılıncla başları bədənlərindən ayrılmışdır.

Qubada 2007-ci ildə stadionun təmiri ilə əlaqədar aparılan qazıntı işləri zamanı isə burada kütləvi məzarlıq aşkarlanıb. Məzarda 500-dək insan kəlləsi tapılıb. Bu insanların 1918-ci ildə Quba soyqırımı zamanı qətlə yetirildikləri  aşkarlanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırım memorial kompleksi”nin yaradılmasına qərar verilib. 2013-cü ildə kompleksin açılışında cənab İlham Əliyev Azərbaycana qarşı dəfələrlə soyqırım törədildiyini vurğulayıb. Qeyd edib ki, Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.

Həmin vaxt Şamaxının da 120 kəndinin 86-sı ermənilərin təcavüzünə məruz qalıb, 7 min nəfər işgəncə verilərək qətlə yetirilib. Qətlə yetirilənlərin 1653 nəfəri qadın və 965 nəfəri uşaq olub.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər ƏliyevAzərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Fərmanda 31mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Ulu Öndər Heydər Əliyev bu barədə demişdir: “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsil həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlanmışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.”

Mayisə Abbasova - Şəhid Səxavət Abbasovun anası

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Ən çox oxunanalar